Argentinanın keçmiş prezidenti Kirşnerə 6 il həbs cəzası verilib

OXUNUB: 260 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, 2 saylı Federal Şifahi Məhkəməsində (TOF2) ölkədə "Yol İdarəsi işi” kimi tanınan işin son iclasında korrupsiya ittihamı ilə mühakimə olunan Kirşner və daha 12 nəfər barəsində hökm elan edilib. Hakim Xorxe Qorininin oxuduğu qərarda ölkəyə 2007-2015-ci illərdə rəhbərlik etmiş Kirşner Santa Kruz əyalətində yol tikintisi müqavilələrini qanunsuz olaraq iş adamı Lazaro Baezə verməkdə təqsirli bilinib. Ona qarşı qeyri-qanuni təşkilat yaratmaq cinayətindən bəraət qazanan Kirşner korrupsiya ittihamı ilə 6 il həbs və ömürlük dövlət vəzifəsindən uzaqlaşdırılıb.

7NEWS.az

RƏYLƏR