"Aristokrat" klinikasında dəhşət: TƏHLÜKƏSİZLİK ƏMƏKDAŞI HAMIDAN 10 MANAT ALIR VƏ...

OXUNUB: 618 GÜNDƏM Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Savalan Talıblı paylaşım edib: "Bu adam "Aristokrat" klinikasında qaravolçudur. Amma axşam 7-dən sonra klinikada reception vəzifəsini yerinə yetirir. Rəhbərlik ucuz əmək sistemindən istifadə edib adamı həm qaravolçu, həm də reception kimi çalışdırır. Aidiyyatı qurumlar araşdırsa daha dəqiq bilgilərə malik olarlar. Qaravolçu-reception klinikaya girişin 10 manat olduğunu deyir. Dünyanın heç bir ölkəsində belə bir qayda qanun yoxdur. Pulu hansı səbəbdən alırsan, çek verirsənmi deyəndə də, Qarabağ qazisiyəm deyib hücum edir. Adam pulu almağını əsaslandıra bilmir. Bu adama kimdir qanad verən?"
7NEWS.az

RƏYLƏR