Aslan İsmayılov: “Rəşad Əliyevin təyinatı tək qanunsuzluq deyil, həm də Dövlətimiz adına utanc gətirən haldır”

OXUNUB: 462 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Rəşad Əliyevin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsinə təyin olunmasına mnasibət bildirərkən deyib: "2 oktyabr 2017-ci ildə haqqımda saxta akt tərtib edilməsində, məhkum olunmağımda əsas fiqur olan Binəqədi Məhkəməsinin hakimi Rəşad Əliyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun tapşırığını uğurla həyata keçirdikdən sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri göndərildi. Bu günlərdə vəzifədə daha da yüksələrək Ədliyyə naziri Fikrət Məmmədovun təqdimatı ilə artıq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edim ki, Rəşad Əliyevin saxtakarlığı və canfəşanlığı ilə haqqımda çıxarılmış məhkəmə hökmü Ali Məhkəmə tərəfindən qanunsuz olduğuna görə ləğv edilib, yəni bu şəxsin saxtakar olduğu, cinayət törətdiyi təsdiqlənib. Ədliyyə naziri Fikrət Məmmədovun belə şəxslərlə həyata keçirdiyi məhkəmə islahatlarının nəticəsi bu gün gördüyümüzdən artıq olmayacaq. Bu tək qanunsuzluq deyil, bu həm də Dövlətimiz adına utanc gətirən haldır!”

RƏYLƏR