7NEWS.az xəbər verir ki, Avropa Parlamenti (AP) meşələrə zərər verən soya, mal əti, palma yağı, ağac, kakao və qəhvə kimi müxtəlif məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə idxalını qadağan edən qanunu təsdiqləyib.
Qanuna görə, Aİ bazarlarında satılan məhsullar bütün dünyada meşələrin qırılmasına səbəb olmamalıdır. Şirkətlər Aİ bazarında meşələrin qırılmasına və meşələrin deqradasiyasına səbəb olmayan məhsulları sata biləcəklər.
7NEWS.az