Avropa Mərkəzi Bankı faiz dərəcələrini ən yüksək səviyyə qaldırıb

OXUNUB: 328 Özəl DÜNYA
Avropa Mərkəzi Bankı (AMB) üç əsas siyasət dərəcəsini 75 bənd artıraraq 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırıb.

7NEWS.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) bütün dünyada maraqla gözlənilən faiz qərarını açıqlayıb. Gözləntilərə uyğun olaraq Bank siyasət faizini 75 baza bəndi artırdı. Bank əsas yenidən maliyyələşdirmə dərəcəsini 2%-ə, marjinal kreditləşmə dərəcəsini 2,25%-ə, depozit dərəcəsini isə 1,50%-ə qaldırıb. Bu səviyyələr son 13 ilin ən yüksək səviyyəsidir.

ECB-nin açıqlamasında, 2 faizlik inflyasiya hədəfinə çatmaq üçün gələcək görüşlərdə faiz artımlarının davam edəcəyinin gözlənildiyi bildirilib.


RƏYLƏR