Avropada isti hava ən azı 15 min insanın ölümünə səbəb olub

OXUNUB: 368 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, ÜST-nin Avropa direktoru Hans Kluge Avropada isti dalğaları ilə bağlı statistikanı paylaşıb. Kluge, Ölkələrin paylaşdığı məlumatlara görə, 2022-ci ildə isti hava səbəbindən ən azı 15 min insan həyatını itirdiyini bildirib. İspaniyada isti dalğalarının təxminən 4 min insanın ölümünə səbəb olduğunu bildirən Kluge, eyni səbəbdən Portuqaliyada təxminən 1000, İngiltərədə 3 min 200, Almaniyada isə 4 min 500 adamın həyatını itirdiyini qeyd etdi. Kluge xəbərdarlıq edib ki, təsirli tədbirlər görülməsə, isti dalğaları və həddindən artıq istilər gələcək illərdə daha çox ölümə səbəb olacaq.

7NEWS.az

RƏYLƏR