Avropada “qara pul” əməliyyatı: 2469 nəfər HƏBS EDİLİB

OXUNUB: 233 Özəl DÜNYA
Europol əməliyyatlar çərçivəsində 17,5 milyon avroluq "qara pul”un ələ keçirildiyini və 2469 nəfərin saxlanıldığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Avropa İttifaqının polis qurumu olan Europolun koordinasiyası ilə 25 ölkədə çirkli pulların yuyulması və kuryerlərə qarşı keçirilən əməliyyatda 2469 nəfərin saxlanıldığı, 8755 pul kuryerinin müəyyən edildiyi bildirilib. Europoldan verilən yazılı açıqlamada, çirkli pulları yuyan və kuryer işə götürən 222 nəfər və 8755 pul kuryeri müəyyən edilib, 2469 nəfər saxlanılıb.

Təxminən 1800 müxtəlif bank və qurumun dəstək verdiyi əməliyyatda 4 min 89 şübhəli əməliyyatdan 17,5 milyon avro 'qara pul' ələ keçirildiyi qeyd edildi. Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlığı Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv ölkələrin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib. Məhkəmə-tibbi araşdırma aparıldığı barədə məlumat paylaşılıb.

7NEWS.az

RƏYLƏR