Avropada qazın qiyməti 10 faizdən çox artıb

OXUNUB: 249 Özəl DÜNYA
Böyük Britaniya və Hollandiyada qazın qiyməti Rusiyadan "Şimal axını 1” boru kəməri ilə qaz axınının kəsiləcəyi ilə bağlı narahatlıqlar səbəbindən artıb.

7NEWS.az xəbər verir ki, Rusiyanın energetika şirkəti "Qazprom" dünən elan edib ki, iyulun 27-dən etibarən "Şimal axını 1"də daha bir turbini texniki xidmət üçün dayandırıb və bu, gücü gündə cəmi 20 faizə (33 milyon kubmetr) qədər azaldacaq. Şirkətdən verilən açıqlama ilə Avropada qaz qiymətləri 10,9 faiz artıb.

7NEWS.az

RƏYLƏR