Avstriyada dəmiryol işçiləri tətilə başlayıblar

OXUNUB: 149 Özəl DÜNYA
Mərkəzi Avropa ölkəsi Avstriyada, kollektiv müqavilənin əldə oluna bilmədiyi üçün sabah ölkə daxilində təxminən 50 min dəmiryol işçisi bir günlük 'xəbərdarlıq tətili' keçirəcək.

7NEWS.az xəbər verir ki, Avstriyada dəmiryol işçiləri və işəgötürənlər arasında uzun müddətdir davam edən kollektiv müqavilənin 5-ci iclasında tərəflər razılığa gələ bilmədikdən sonra həmkarlar ittifaqları bazar ertəsi ölkə boyu tətil etmək qərarına gəliblər. Müvafiq olaraq, Avstriya ərazisində milli, regional və beynəlxalq qatarların hərəkəti bir gün müddətinə dayandırılacaq.

Danışıqlarda işçiləri təmsil edən VIDA Birliyi işçilərin maaşlarının ayda 400 avro artırılmasını tələb edərkən, işəgötürənlər adından toplantıya qatılan Avstriya Ticarət Palatası bu artımı yüksək hesab edir və danışıqların əvvəlindən irəli sürdüyü 200 avro artım və 1000 avroluq birdəfəlik bonusdan güzəştə getmir.

7NEWS.az

RƏYLƏR