Aydın Şamoyev Masazırda nə tikir: məktəb, yoxsa otel? - Təhsil Nazirliyi, FHN hara baxır?

OXUNUB: 484 Özəl GÜNDƏM HADİSƏ
Məktəb tikirsə,  Bakı Şəhər  Təhsil İdarəsinin  niyə xəxbəri yoxdur ? 

Bəs FHN  hara baxır ? 

Azərbaycanda  "Tikdim ki, izim qala”  kimi müqəddəs bir söz var. 
Bəli, tikmək, qurmaq  təkcə qazanmaq, nəsə əldə etmək üçün deyil. Əlbəttə, qurmağın, tikməyin bir maddi tərəfi də var. Amma əsas olan odur ki, İZİN QALA. 
Necə ki,  Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və digərləri tikdilər və izləri qaldı.
Təsəvvür edirsiniz,  bu şəxslərin tikdiyi bina bu gün Elmlər Akademiyasının binasıdır, Tarix Muzeyidir və s. 
Bu gün milyonluq  Bakı şəhəri Tağıyevin  100 il əvvəl  çəkdirdiyi  Şollar suyunu içir.  
Tikdim ki, izim qala budur. 
Son illərdə ölkəmizdə güclü  tikinti prosesi gedir. Binalar, göydələnlər, məktəblər, xəstəxanalar və s. 
Əlbəttə, çox  faydalı işlər görülür və bunlar təqdirə layiqdir. 
Amma, hərdən elə naqis işlərə rast gəlirik ki, adam deməyə söz tapmır. 
Bir neçə il əvvəl  Yasamal rayonunda təzə tikilən binada qəza oldu və fəhlələr öldü. Hətta üzdəniraq deputatlarımızdan biri dedi ki, fəhlələr şəhid oldu. Bu adam başa düşmür ki, şəhidlik düşmənlə döyüşdə olur. Hansısa  adam tikintiyə ayrılan pulları yeyibsə və keyfiyyətsiz materiallarla tikilən bina uçub və fəhlələr ölübsə, bunun şəhidliyə nə dəxli ? 
Bu cinayətdir. 
Yaxud Binəqədidə bir neçə il əvvəl 16  mərtəbəli bina yandı  və onlarla insan, azyaşlı həlak oldu. 
Səbəb nə idi ? 
Keyfiyyətsiz, ucuz və tezalışan üzlük materialı. 
Deməli, kimlərsə milyonlar qazandı, kimlərsə yanaraq dünaysını dəyişdi. 
Bu  birbaşa məmur cinayətkarlığıdır. Bəs, görəsən, həmən bina tikiləndə cavabdeh dövlət orqanları  hara baxırdı ? 
İnşaat materiallarının keyfiyyətinə cavabdeh olan laboratoriyalar var. Onların rəhbərləri niyə icazə vermişdi? 
Çünki rüşvət almışdılar. 
Bu gün də həmən proses davam edir.
Gundelik-baku.com olaraq neçə aydır ki, yazırıq ki, Abşeronun Masazır qəsəbəsində  tikilən məktəb bir vaxt uça bilər, uçqunların altında uşaqlar, şagirdlər, müəllimlər qala bilər. 
Niyə axı, faciə baş verəndən sonra danışmalıyıq ? 
Faciənin qarşısını vaxtında almaq lazımdır. 
Yazırıq ki, Abşeron rayonunun Masazır qəsəbəsində  məktəb tikintisi gedir. Məktəbin tikintisini Hidrokonstrakşn şirkəti və Aydın Şamoyev həyata keçirir. 
Tikintinin qüsurlu və keyfiyyətsiz olmasını görmək üçün inşaatçı, yaxud tikinti üzrə mütəxəssis  olmağa ehtiyac yoxdur. Elə ilk baxışdan görünür ki, bu məktəb binası nə vaxtsa faciəyə səbəb ola bilər. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Gundelik-baku.com olaraq  məktəbin tikintisinə görə, kimlərin məsuliyyət daşıdığını araşdırarkən konkret nəticəyə gələ bilmədik. 
Belə ki,  tikintini aparan  Aydın Şamoyev bildirir ki, məktəbin tikintisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə həyata keçirilir.  
Bakı ŞTİ rəhbərliyi  isə  deyir ki, Masazır qəsəbəsində tikilən  məktəbdən onların xəbəri yoxdur. 
Təhsil Nazirliyi, şəxsən nazir və nazir müavinləri isə  telefona cavab vermir. 
Tikintinin təhlükəsizliyinə cavab  verməli olan Fövqəladə Hallar Nazirliyi  hara baxır ? 
Bəs  Fövqəladə Hallar Nazirliyinin o boyda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hara baxır ? 
Bir sözlə, ölkənin göbəyində məktəb tikilir, Təhsil İdarəsinin xəbəri yoxdur, FHN gəlib baxır-gedir. 
Gundelik-baku.com-un yazılarından sonra  gəlib bir lövhə vurub getdilər. 
Görəsən, iraq olsun nə vaxtsa, uçan məktəbi bu lövhə saxlayacaq ? 
Amma sonda əldə etdiyimiz məlumata görə, məktəb adı altında gedən, bəzi mənbələrin dediyinə görə əslində otel olan tikinti ilə bağlı dəqiq məlumatlar Abşeronun icra başçısı İradə Gülməmmədovanın qardaşındadır./gundelik-baku

RƏYLƏR