Azərbaycanda yeni iqtisadi sayt fəaliyyətə başladı – İQTİSADİ.az

OXUNUB: 998 index-manşet Özəl İQTİSADİYYAT
"İQTİSADİ.az internet xəbər portalı 2020-ci ilin may ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur”

Bu barədə saytın baş redaktoru Səbuhi Abbasov məlumat verib: "1 aydan çoxdur ki, sayt test versiyada fəaliyyət göstərirdi. "THE SEVEN MEDIA GROUP”a aid olan www.iqtisadi.az saytında Azərbaycanın iqtisadi, ictimai, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən iqtisadi xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu biznes-media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. İQTİSADİ.az informasiya portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət və özəl qurumları aktiv əməkdaşlığa dəvət edir.”

RƏYLƏR