“Azərsığorta”dan şikayət – İttihamlar yağdı

OXUNUB: 215 Özəl GÜNDƏM HADİSƏ

"Şikayətim "Azərsığorta – State Insurance Company”dəndir!!! Fevral ayının 8-də axşam saat 22:40 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə S.Əsgərova və M.Qaşqay küçələrinin kəsişməsində baş vermişdir. Günah qarşı tərəfdə idi və polis gələrək sənədləşməni etdi. Azərsığorta işçiləri isə hər zaman olduğu kimi vətəndaşı incitmək məqsədi ilə bizi 2 saat gözlətdirdilər. Hadisədən 1 gün sonra Bakı Şəhər Baş Polis İdarəsinə yollandıq hər ikimiz və orada sənədləşmə olduqdan sonra bir neçə gün ərzində Forma-4 verdilər mənə”.

Abdulla Şabanov şikayətində belə deyir. Onun sözlərinə görə, daha sonra yollandım Azərsığortaya, əsas məsələ də bundan sonra başladı: "Demək, mən hər gün səhər tezdən evdən çıxıb axşam evə qayıdan adam bütün vacib işlərimi atıb gedib həmin sığortada hər gün boş yerə vaxtımı öldürürdüm. Gündəlik boş yerə gözlətmələr, işçilərin vətəndaşlar ilə davranışı çox biyabırçı idi. Söz tapa bilmirəm, hər şeyin bu cürə inkişaf etdiyi bir vaxtda belə bir yer mən ilk dəfədir görürdüm. Hər gün bir davanın şahidi olurdum və ən vacibi itirdiyim vaxta çox heyifim gəldi. Mövzudan çox kənara çıxmaq istəmirəm, sadəcə bu həqiqətləri bilməlisiniz. Deməli sığorta tərəfindən bir ekspert ayrıldı və gəlib maşına baxıb qiymətləndirmə aparmalı idi güya. Əhməd idi kişinin adı. Bu insana zəng edib düşmək olmurdu ki, olmurdu. Ya məşğul idi ya da götürüb min cürə bəhanə gətirirdi. 2 həftə, bəlkə də daha çox mən onu gözlədim. Gündə 50 dəfə ona zəmg edirdim, 50 dəfə Azərsığortanın qaynar xəttinə (bütün nömrələrinə). Heç biri zənglərə cavab vermirdi. 2 həftədən sonra axır həmin Əhməd kişini tapıb gətirdim məhləyə ki, maşına baxsın (halnuki 3 gün demişdilər). 5 dəqiqənin içində heçkimə fikir vermədən nəsə güya yazdı getdi. 3-4 gün keçəndən sonra mən bir daha yollandım ora. Əslində qiymətləndirmə barədə telefon zəngi ilə də məlumat bildirməlidilər, ama nə zəng eləyən oldu, nə də zənglərə cavab verən. Deməli, mənə 1170 AZN pul təklif etdilər birinci. 1-2 gün dava və daxili şikayətlərdən sonra 1690 AZN qaldırdılar. Daha sonra şikayət edərkən qiymətləndirməyə baxan işçillərdən biri, otağında siqaret çəkə-çəkə özü məni yanına dəvət edib dedi ki, ən yaxşısı get maliyyə bazarlarına nəzarət palatasına şikayət elə. Burdan pul götürə bilmiyəcəksən. Oranın ləğv olunmasını bilirdim, ama ona başqa bir ad altında əvəzləyici bir qurumun olduğunu dedilər mənə. Yollandım ora, şikayətimi yazdım və mənə deyildi ki, 14 gün ərzində baxılacaq və sizinlə əlaqə saxlanılacaq. Artıq 1 aya yaxın idi (+-) vaxtım getmişdi ki, mənim maşınım hələ də qalırdı məhlədə o vəziyyətdə. 14 gün sonra yenə onlar mənimlə yox, mən onlarla əlaqə saxladım və mənə deyildi ki, sizin nəticələr sığortaya göndərilib gedin sığortaya. Ora gedəcəyimi biləndə yenə qanım qaraldı. 3-4 gün məni yalnız cavabı almaq üçün gözlətdirdilər. Hər gün eyni şey, səhər gedib axşam çıxırdım. Cavab bilindi və mənə 2 müstəqil ekspert təklif olundu. Soruşanda ki, bunlardan hansı birini nəyə görə seçməliyəm yəni heç birini tanımıram və 2 ad təklif edirsiniz, mənə dedilər ki, ürəyin hansını istəyirsə seç. Gülməlidir, bəli. Seçdim, mənə əlaqə nömrəsi verildi. Və mən bu adama da zəng edib düşə bilmirdim. Bir neçə gün sonra danışdıq dedi işim çoxdu, biraz konfliktdən və saysız hesabsız zənglərdən, təxmini 2 həftədən sonra gəlib baxdı maşına. Ekspert gəlməmişdən qabaq maşını özüm bilərəkdən aparıb rəsmi KİA servisdə (Razində) tam yoxlatmışdım, çek və qiymətləndirmənin şəklini paylaşıram sizlərlə. Mənə maşının əvvəlki vəziyyətinə, üstündə olan orijinal ehtiyyat hissələri ilə qaytarılması üçün 4857 AZN lazım olduğunu dedilər. Həmin müstəqil ekspert gəlib ehtiyyat hissələrinin adını yazdı və getdi. Bildirdi ki, 1 həftə sonra sığorta sizə cavab deyəcək. Bu arada da yenə sığortaya getdim ki, bəlkə rəsmi KİA servisdən aldığım qəza aktını bunlara təqdim edim görsünlər qiyməti, qaldırsınlar. Qaldırmadılar və mənə təklif etdilər ki, verin özümüz düzəldək. Mən də soruşdum hansı servislər ilə işləyirlər zəng edib danışdım onlarla və onlar da mənə bildirdi ki, hər bir ehtiyyat hissəsi çin istehsalı olacaq başladılar nağıl danışmağa ki, güya belə qayda var. Bildim ki, maşını onlara versəm pis günə qoyub verəcəklər. Ona görə də vermədim. Həmin bu ekspertin dediyi 1 həftə keçdi və karantin başladı, Sığorta da bağlandı. Bir neçə vaxtdan sonra, Aprel ayının 7-si karantində olarkən mənim hesabıma 1690 AZN otuzdurublar. Məndən xəbərsiz, mənim razılığım olmadan. İşləməyə başladıqdan sonra, yenə istəməyərək ora getdim iş günləri və iş saatları ola-ola, işçilər içəridəykən çıxıb mənə dedilər ki, işləmirik. Neçə gün belə oldu. Müstəqil ekspert və mərkəzi bank ilə isə əlaqə saxlamaq mənasız idi. Biri deyirdi sizin işə baxan adam həftədə bir dəfə olur, ona da zəng edirdim gah yerində olmurdu, gah köməkçisi cavab verirdi. Sonra isə əlaqə yaratdıqda mənə dedi ki, yenidən onlayn şəkildə müraciyət etməliyəm.”/Reportyor.info

https://i0.wp.com/reportyor.info/wp-content/uploads/2022/01/271585580_678256769853044_3268237972164464576_n.jpg?resize=138%2C300&ssl=1 138w" sizes="(max-width: 405px) 100vw, 405px" data-recalc-dims="1" data-pin-no-hover="true" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; margin: 5px 20px 1.25em 0px; padding: 0px; font: inherit; vertical-align: middle; max-width: 100%; height: auto;" />

RƏYLƏR