Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, ağır çəkili (125 kq) idmançıların yarımfinal görüşündə Azərbaycan idmançısı Cəmaləddin Məhəmmədov iranlı Cabir Sadiqzadə ilə üz-üzə gəlib.
Gərgin keçən döyüş C.Məhəmmədovun xeyrinə başa çatıb - 7:3.
Beləliklə, bu gün 3 güləşçimiz - Hacı Əliyev (61 kq), Murtuzəli Müslümov (70 kq) və C.Məhəmmədov finalda qızıl medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
İcmal.Az