Bakı Şəhər İcra Hakimiyyətindən karantin dövründə ağılasıxmaz addım - BİNA SÖKÜLÜR, ONLARLA İNSAN ÇÖLƏ ATILIR (VİDEO)

OXUNUB: 3540 GÜNDƏM Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış bloggger Bəxtiyar Hacıyev məlumat verib. STATUSU olduğu kimi təqdim edirik. "Ölkədə xüsusi karantin rejimidir, hamıya "Evdə qal" deyirlər, amma Bakı şəhəri, Səbail rayonunda Nazirlər Kabinetinin düz yanındakı 5 mərtəbəli binanın sakinlərinə "binanız qəzalıdır, gözlə baxdıq, belə qərara gəldik" deyib, sökürlər və sakinləri çöldə qoyurlar. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov isə söküntüyə rəhbərlik edir. Sakinlər onlara verilən kompensasiyanın azlığından şikayət edir və karantin müddətində söküntünün aparılmasının doğru olmadığını, çöldə qalmaq istəmədiklərini bildirirlər. İcra hakimiyyətinin nümayəndəsi qapıları söküb, ev əşyalarını çölə daşıyır.

Bu hal karantin dövründə vətəndaşın mülkiyyət hüquqlarının kobud pozuntusudur və sakinlərin çıxarılması, binanın sökülməsi mütləq dayandırılmalıdır.

Əgər icra hakimiyyəti qəzalı bina axtarırsa, Səbail ərazisində onlarla qəzalı bina göstərə bilərəm onlara. Birində hətta divar o qədər aralanıb ki, evlərdən küçəni görmək olur, camaat pambıq tıxayır ora ki, soyuq gəlməsin. Binanın yeri xoşunuza gələndə "qəzalı" olur, amma əsl qəzalı binaları illərdir görmürsünüz."
 

RƏYLƏR