Bakı şəhərinin üzərini su buxarı bürüyüb - FOTO

OXUNUB: 562 SOSİAL

Gecə saatlarında Bakı şəhərinin üzərini su buxarı bürüyüb.

Havada duman şəklini alan buxar əsasən, paytaxtın dənizkənarı ərazilərində müşahidə olunub.

Bu, Neftçilər prospekti, İstiqlaliyyət küçəsi, "Statistika" dairəsi və Nəriman Nərimanov heykəlinə yaxın olan ərazilərdə sürücülərin görmə məhdudiyyətini aşağı salıb.

Yerli sakinlər bunu havaların son günlər kəskin isti keçməsi və bu səbəbdən dənizdə buxarlanmanın çoxalması ilə izah ediblər./report

 

İcmal.Az

RƏYLƏR