Bakı Tikiş Evi monopoliyanı gücləndirib, qiyməti bahalaşdırır – RƏQABƏTSİZ BAZAR

OXUNUB: 3955 Seçilmiş Önəmli GÜNDƏM

Eyyub Hüseynov: "Bakı Tikiş Evi hamını məcbur edir ki, onların formalarını alsınlar. BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək istəyir”
"Uzun müddətdir ki, məktəbli formalarının tikilməsində standartların müəyyən olunmasını təklif edirik”.

Bunu Bakı Tikiş Evinin (BTE) "Bazarlarda sağlamlığa zərərli məktəbli formaları satılır” iddiasını dəyərləndirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Rubrika.az Sherg.az”a istinadən xəbər verir ki, o bildirib ki, azad bazar iqtisadiyyatında hansı fabrik, qurum istəyirsə, standartlara uyğun formaları tikib, bazara çıxartmalıdır:
"Belə olarsa, rəqabət yaranar, məktəbli formalarının qiyməti də 50 faiz aşağı düşər. Lakin bir fabrikin arxasında nazirlik, 52 min müəllim ordusu, 4500 məktəb durub. Söhbət BTE-dən gedir. Dünyanın heç bir yerində belə vəziyyət yoxdur ki, tikiş fabrikinin arxasında bu qədər qüvvə dayansın. Hamını məcbur edirlər ki, onların formalarını alsınlar.
BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək istəyir. BTE-nin üzərində emblemi var, bu mənasızdır və götürülməlidir. Azad bazar iqtisadiyyatı şəraitində kim istəyir, həmin rəngdə, həmin çeşiddə məktəbli formalarını istehsal etməlidir. Hansısa fabrik BTE-nin emblemini vurmaq istəsə, icazə almalıdır. Belə olsa, qiymətlər də xeyli azalar, keyfiyyət isə artar.
BTE-nin sağlamlığa zərərli məktəbli formalarının bazarda yer alması barədə iddiaları sübut olunmamış fikirlərdir.

Qeyd edək ki, "Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimovun sözlərinə görə, "Bakı Tikiş Evi” etiketi ilə saxta məktəbli formaları satılır və bu formalardan istifadə məktəblilərin həyatı üçün təhlükəlidir./rubrika.az

 

İCMAL.az

 


RƏYLƏR