«MARİNE TRAFFİC»in kapitanının ailə sərgüzəştləri

OXUNUB: 1876 Seçilmiş Önəmli GÜNDƏM TƏHLİL

Əgər xalqın və ya ayrıca götürülmüş insanın mentalitetində cəngəllik qanunu özünə yer eləyibsə, onu din-iman qaydaları, nə də Konstitusiya ilə idarə etmək mümkün deyil. Məsələn, biz Avropada yaşasaydıq, vidalaşıb ayrılarkən, sadəcə, bir-birimizin əlini sıxardıq, Hollandiyada – öpüşərdik və s. Azərbaycanda isə vidalaşırıq, öpüşürük, bir-birimizin əlini sıxırıq, amma çıxıb getmirik. Nə mənada çıxıb getmirik, bunu aşağıdakı yazımızdan öyrənəcəksiniz.

Bu günlərdə «Niyə adam kimi ayrıla bilmirik?» başlıqlı yazımız dərc olunmuşdu. Linki - http://qaynarinfo.az/az/niye-adam-kimi-bosana-bilmirik.

Oxumayanlar üçün qısa özət: burada xarici «MARİNE TRAFFİC» daşımaçılıq şirkətində (SEAWAYS 12 gəmisində) kapitan vəzifəsində çalışan İlqar Həsənov namlı uğursuz ailə başçısının sərgüzəştlərindən bəhs edilir. Deməli, təxminən on beş illik ailə həyatında arvadına – üç uşaq anasına olmazın zülm çəkdirən varlı-hallı, evlər, villalar, cürbəcür maşınlar sahibi kapitan (onun necə bir ailə başçısı olduğu haqqında faktları təkrar sadalamağa ehtyac yoxdur, bütün bunlar sözügedən məqalədə öz əksini tapıb), o qədər «ağıllı-tədbirli-zirək» adamdır ki, onu gəlib-keçmiş kapitanların heç biri ilə müqayisə etmək mümkün deyil.

Bu adam evli olarkən dəfələrlə arvadını döyüb, xəstəxanalıq edib.

Özünə maraqlı əyləncə tapıbmış: yüngül əxlaqlı qadınlarla kef eləyib, şəkillərini arvadına göndərirmiş.

Evli olduğu bütün müddət ərzində bir yastığa baş qoyduğu qadına qan uddurmağı azmış kimi, boşanmazdan əvvəl arvadını notariusa aparıb, onun canından artıq sevdiyi mal-mülkünə heç bir iddia etməməsi haqqında kağız imzalatdırıb.

Bütün bunlarla ürəyi soyumayan kapitan, boşandıqdan bir il sonra belə, qadını rahat qoymur: zəng eləyib təhdid etməsi bir yana, onun qohum əqrəbasının telefonlarına keçmiş həyat yoldaşı ilə bağlı əxlaqsız mesajlar göndərir; keçmiş arvadının qarşısını kəsib, ona yumruq atır. Telefon mesajları ilə bağlı cümləmizi dəqiqləşdirək: hələlik polis araşdırma aparır - +971666947729 nömrəli telefonun sahibinin, işini-gücünü, vəzifəsi icabı görməli olduğu işləri buraxıb, camaata əxlaqsız mesajlar göndərən adamın kimliyini araşdırır. Araşdırma başa çatdıqdan sonra bu barədə ayrıca məlumat verəcəyik. Görünən odur ki, bu adam cizgi filmindəki Kapitan Vrunqelin sözlərini özünə deviz seçib: «Sizin tükünüzü didəcəyəm, əzib suyunuzu çıxaracağam, bəm odda bişirəcəyəm, bundan da betər şeylər fikirləşib-tapacağam». Nəzərə alın ki, bunlar yazıya bədii çalarlar qatmaq naminə gətirilən nümunələr deyil – adamın keçmiş arvadına zəng eləyib, hansı sözlərlə təhdid etdiyini eşitsəniz, istər-istəməz, Vrunqeli xatırlayacaqsınız.

Bu arada cənab İlqar Həsənov uşaqların öz anasıyla görüşməsinə niyə əngəl olduğuna da aydınlıq gətirəcəkdir.

Bunlar çılpaq faktlardır, İlqar Həsənovun despot davranışının «poetika»sı ilə yaxından tanış olduqca, «Karib dənizinin quldurları» filmindəki məşhur Sərçə Cekin özündən də məşhur ifadəsi adamın yadına düşür: «Sən də kapitansan? İndi kimi gəldi kapitan təyin edirlər!»

Yeri gəlmişkən, «Niyə adam kimi ayrıla bilmirik?» başlıqlı məqalə dərc olunandan sonra, yazılarımızın qəhrəmanı redaksiyamızla əlaqə saxlayıb, öz mənəviyyatına və əxlaqına uyğun cümlələr sərf etdi. Təxmin edirik ki, o, başqa media orqanları ilə də oxşar şəkildə davranır. Ona verdiyimiz təklifi bir daha təkrarlayaq: istədiyi vaxt təşrif buyurub, acıladığı, telefon zənglərinə cavab vermədiyi, bloka atdığı müxtəlif mediya orqanları təmsilçilərinin suallarını cavablandıra, əlimizdəki materiallarla tanış ola, öz mövqeyinə aydınlıq gətirə bilər.

İlqar Həsənovun tamamilə qeyri-adekvat və məntiqsiz hərəkətlərini necə izah etmək olar? Çünki bunu adi insan məntiqi ilə izah etmək hardasa mümkünsüzdür. Məşhur psixoloq Svetlana İonkinanın «Ailədə despot davranışının psixoloji səbəbləri» adlı məqaləsində oxuyuruq: «Ailədaxili aqressiyanın əsas səbəblərindən biri anadangəlmə qəddarlıq, insan xarakterindəkiantisosial cəhətlər və hətta psixi çatışmazlıqlar ola bilər.

Ailə despotlarını xarakterizə edən ümumi əlamətlər bunlardır:

·Qadına öz qohumları və dostları ilə ünsiyyət qurmağı qadağan etmək.

·Qurbanı daim tənqid atəşinə tutmaq. Həyat yoldaşının nə geyimi, nə ünsiyyət dairəsi, nə də maraqları tiranı razı salmır.

·Səbəbsiz qısqanclıq. Qurbanı əldən buraxmamaq üçün, tiran mütləq bəhanə axtarıb, tez-tez qalmaqal, qovğa çıxarır, mərəkə açır.

·Öz əməllərinə görə məsuliyyəti həmişə qurbanın üzərinə yükləmək. Həmişə, hər şeyə görə qurban günahkardır.

·Köməksiz və çarəsiz hesab etdiyi qadını döymək.

 

Təəssüf ki, despotu «tərbiyələndirmək» praktiki olaraq, mümkün deyil. İllər keçdikcə, nevrotik davranış daha da kəskinləşir. Ona görə də, bu cür insanlara ixtisaslaşmış psixoloqların köməyi lazımdır».

 

Redaksiya olaraq, paralel şəkildə, qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. (mövqe bu e-mail adresə göndərilə bilər: [email protected])

Sonda qeyd edək ki, əlbəttə, kapitandan kapitana fərq var – «Kosta Konkordia» qəzaya uğrayanda kapitan gəmini qoyub qaçmış, çoxsaylı insan tələfatına səbəb olmuşdu. «Britanik»in kapitanı isə, əksinə, sərnişinlərin xilas olması naminə özünü qurban vermişdi…

 

RƏYLƏR