Rüfət Aslanlının dostu Nikoloz Şurqaianın “erməni sevgisi“

OXUNUB: 2011 Seçilmiş Önəmli GÜNDƏM TƏHLİL
Son illər maliyyə böhranı ilə əlaqədar ölkə banklarında müxtəlif dəyişikliklər baş verir, bəzi banklar bir-biri ilə birləşdirilir. Maliyyə böhranından əvvəl yol verilən qanunpouzuntuları, mənimsəmələrin nəticəsi olaraq devalvalsiyadan sonra bank sektorunun çökməsinə gətirib çıxartdı. Nəticədə bir çox banklar müflis oldu, bəziləri birləşdirildi. Bütün tədbirlərə baxmayaraq bank sektorda problemlər hələ də qalmaqdadır.

Aparılan islahatlardan sonra sektorunun dirçəlməsi gözlənilsə də, bank rəhbərlərinin yarıtmaz iqtisadi siyasəti sektorun çöküşünü sürətləndirir. Belə banklardan biri də "Nikoil Bank"dır.

İcmal.Az xəbər verir ki, bu barədə bankın bəzi işçilərinin AzFakt.com-a ünvanladığı müraciətdə bildirilir. İddia olunur ki, "Nikoil Bank"ın yeni rəhbəri Nikoloz Şurqaia rəhbərliyə gəldiyi gündən yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirir. Yerli işçilərə qarşı həddən artıq sərt münasibət göstərən bank rəhbəri narazılıqların yaranmasına səbəb olub. 

Bildirilir ki, Nikoloz Şurqaianı bu vəzifəyə dostu, daimi məclislərdə bir yerdə olduğu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı gətirib. İngiltərədə yaşayan gürcü əsilli  Nikoloz Şurqaianın Rüfət Aslanlı ilə Londonda tanış olduğu bildirilir. 

Image result for Rüfət Aslanlı

Maraqlı bir məqam isə bank rəhbərinin "Facebook" sosial şəbəkəsində ermənilərlə yaxından dostluq eləməsidir. Amma bu dostluq təkcə sosial şəbəkə ilə bitmir. İddiaya görə "Nikoil Bank"ın rəhbəri səfər etdiyi Avropa ölkələrində ermənilərlə tez-tez məclislərdə olur. Əslində xarici bir vətəndaşın ermənilərlə dostluq etməsinin, yazışmalarının bizə dəxli yoxdur. Amma Nikoloz Şurqaia  Azərbaycanda çalışır, Azərbaycan isə Ermənistanla müharibə vəziyyətindədir. Onun yazışdığı ermənilərin əksəriyyəti Azərbaycana qarşı radikal münasibət nümayiş etdirir, ölkəmizə qarşı anti-təbliğat aparırlar. Yəni Azərbaycanın çörəyini yeyib, ölkəmizin əleyhinə danışan ermənilərlə dostluq etmək heç də yaxşı hal deyil.



İşçilər bildirir ki, Nikoloz Şurqaia Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəsləyir. Ona bu günə dək 20 Yanvar və Xocalı faciəsi günlərində, digər əhəmiyyətli günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






 
 
İcmal.Az 

RƏYLƏR