Məleykə Abbaszadənin soyğunçu biznesi: 7 milyon dərimizdən çıxarılır - Fakt

OXUNUB: 6223 Seçilmiş Önəmli GÜNDƏM TƏHLİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarının qiymətini artıraraq 7 manat edib. Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib

Lakin, 2017-ci ilin yanvarın 1-dən dövlət TQDK-nın (DİM) işçilərinə maaş vermir. Onlara sadəcə 1 milyon pul ödənilib və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayıb.

Əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun, təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu.

Amma bu, o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imtahanlar pulsuz idi. Hər il TQDK tərəfindən keçirilən 1 sınaq imtahanında iştirak etmək üçün, iştirakçı 3, qəbul imtahanında iştirak etmək üçün 2 manat ödəməli olurdu. 

İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə, iştirakçı 0.26 AZN-indən keçməli idi. İndisə sınaq imtahanı 20 manatdır. Deməli, 10 dəfə bahalaşma gedib.

İkinci imtahan isə 40 manatdır. Bu dəfə 20 dəfə soyğunçuluq edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab və kitabçalardan da kifayət qədər böyük məbləğ əldə edir. Bu səbəbdən də xidmət tariflərinin qaldırılması günün tələbi deyil.

Azərbaycanda, hazırda dünyada qəbul olunmuş İELTS, TOEFL, YÖS, SAT imtahanları da keçirilir və onlar ödənişlidir. 

Bu imtahanlarda iştirak üçün ödənilən məbləğ TQDK-nın imtahan qiymətləri ilə müqayisədə çox yüksəkdir. 

Lakin burada bir məsələ var ki, imtahanların nəticələri beynəlxalq aləmdə ciddi şəkildə qəbul edilir və tanınır. Nə qədər ki, TQDK-nın imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilmir, xidmət haqqı artırıla bilməz. 

Yəni imtahanda abituriyentə təqdim olunan 20 səhifəlik sual kitabçası və 1 vərəqəlik cavab kartının hazır vəziyyətə gətirilməsi üçün 60-80 qəpik vəsait sərf olunur ki, bu da abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 manatın içərisindədir. 

Ulus.Az-ın verdiyi məlumata görə, beləcə DİM sədri Məleykə Abbaszadənin qurduğu soyğunçu biznes dövlətin verdiyi 7 milyon pulun bundan sonra xalqın dərisindən çıxarılmaqla müşayiət olunacaq.

İstər ekspertlər, istərsə də sıravi vətəndaşlar bunu təhsil almaq hüququnun pozulması, təhsil almaq üçün mövcud imkanların məhdudlaşdırılması kimi qiymətləndirir.

Qəbul imtahanları vermək üçün gələnlərdən iş nömrəsinə görə alınan iki manatdan başqa pul umulmasıı absurddur. Bu, yüz minlərlə adama müraciətdir. Ölkədə də hamının maddi vəziyyəti yaxşı deyil axı. 

Adamlar var ki, imtahan vermək üçün rayon mərkəzinə gəlmək üçün yol pulunu güclə tapır. Bu adam 10-25 manatı hardan tapıb verməlidir? 

Ola bilər bu dəyişikliklə bağlı desinlər ki, hansısa ölkədə qəbul imtahanları pulludur. Amma Azərbaycanın öz qanunları, öz etik normaları, özünün imkanları və demokratik konstitusiyası var.

Bu, ictimaiyyətin narazılığına gətirib çıxara bilər. Narazılıq da bizim üçün sərfəli deyil. Qəbul imtahanlarının pullu olması ali təhsil alanların sayının azalmasına səbəb olacaq. Başqa sözlə, bu proses kasıb təbəqənin övladlarının üzünə ali təhsilin bağlanması demək olacaq./azerinfo.az

RƏYLƏR