Bakıda ağaclara qarşı terror davam edir - VİDEO

OXUNUB: 524 SOSİAL

Bakıda daha bir tikinti şirkəti xeyli yaşıllığı məhv etmək üzrədir. 

Bu barədə məlumat sosial şəbəkə istifadəçilərindən biri tərəfindən yayılıb. 

Belə ki, paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, "Grandmart" mağazalar şəbəkəsinin, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında tikinti işi aparanlar ərazini ağaclarla birgə hasarlayıb. Məlumatı paylaşanlar bildirib ki, tikintini aparan şirkətlər əvvəlcə bu formada ərazini hasarlayır, daha sonra içəridə qalmış ağacları kəsib məhv edirlər. 

Sözügedən ünvanda ağacların hasarlanmasının videogörüntülərini sizə təqdim edirik:/Cebhe.info

İcmal.Az

RƏYLƏR