Bakıda avtobus sürücüsü pul verməyən sərnişinləri marşrutdan düşürdü - FOTO

OXUNUB: 646 SOSİAL
Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edib və ya onları mənzil başına çatdırmaqdan imtina edib.

Tələblərə riayət etməyən sürücülərdən biri də paytaxtda fəaliyyət göstərən 20 nömrəli avtobusun sürücüsü olub. Bu haqda BiG.AZ-a sərnişinlər məlumat verib. Onlar bildirib ki, sürücü sonuncu dayanacaqda hamını avtobusdan düşürərək qapıları bağlayıb və işləmədiyini söyləyib:

"Pulsuz olduğuna görə sərnişinləri marşrutdan düşürdü. Camaat yol pulunu vermək şərtilə onu işləməyə razı salmağa çalışdı. Dava-dalaşla birtəhər razı oldu".



 

İcmal.Az

RƏYLƏR