Bakı şəhəri, Nərimanov Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Neşve Cafe-Restaurant"a qaz təminatı dayandırılıb.
Buna səbəb isə restoranın "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın İstismarı İdarəsinə külli miqdarda qaz borcunun yaranması olub.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmyaraq, restoranın sahibi Ləman Əliyeva "Neşve Cafe-Restaurant" tərəfindən istifadə olunan qaza görə yaranan debitor borc ödənilməyib. Nəticədə Bakı Regional Qazın İstismarı İdarəsinin əməkdaşları tərəfindən restorana qaz təminatı dayandırılıb və qaz xətti kəsilib.
Qeyd edək ki, "Neşve Cafe-Restaurant"ı 2005-ci ilin dekabr ayından 2022-ci ilə kimi Nərimanovun keçmiş, Abşeronun hazırkı icra başçısı Abdin Fərzəliyevə məxsus olduğu deyilsə də, rəsmi sahibi Ləman Əliyevaya adlı xanımdır. /qaynarinfo





















