Bakıda tanınmış klinikada ölüm hadisəsi: Kişi qəfildən keçindi

OXUNUB: 1480 Səhiyyə Özəl HADİSƏ

Bakıda özəl klinikalardan birində ölüm olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Real” hospitalda qeydə alınıb. Orada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb.

Daxil olan məlumat əsasında rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

RƏYLƏR