İcmal.Az-a Fövqəladə hallar Nazirliyindən verilən məlumata görə, hazırda binada güclü yanğın davam edir:
"Əməkdaşlarımız hadisə yerindədirlər. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə zamanı binada olan vətəndaşlar təxliyyə edilib. Zərəçəkmiş şəxslərin olub-olmadığı barədə dəqiq məlumat yoxdur."
***
Bakıda yaşayış evində yanğın başlayıb.
Yanğın Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür./apa
İcmal.Az