Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan, Əməkdar jurnalist Elçin Mirzəbəylinin "Xüsusi təyinatlı” marşının təqdimatı baş tutub.
Tədbiri açılış nitqi ilə açan BAMF prezidenti Umud Mirzəyev deyib ki, bu marşın yazılması bir başlanğıcdır.
Daha sonra Elçin Mirzəbəyli çıxışında, Azadlıq marşını gənclik dövründə yazdığını qeyd edib və əlavə edib ki, Xüsusi Təyinatlı Qüvvələr üçün marşın yazılması əhəmiyyətli bir məsələ idi.
O, QHT-lərə dəstək agentliyinin marşın ərsəyə gəlməsində dəstəyini vurğulayaraq çıxışına davam edib.
E. Mirzəbəyli marşın sözləri və musiqinin ona, aranjımanın isə Fərahim Sadiqə məxsus olduğunu söyləyib və bunu ərsəyə gəlməsində 30 nəfərlik bir heyətin iştirakını vurğulayıb.
Daha sonra isə tədbir iştirakçıları marşı izləyiblər. E. Mirzəbəyli marşın hər iki versiyasını təqdim edərkən bildirib ki, ilk versiyadakı "yağı düşmən" sözü çıxarılıb.
Təqdimatın sonunda tədbir iştirakçıları sözügedən bu təşəbbüsü alqışlayıblar.