"Bank of Baku"nun debet kartları kredit almaq imkanlarınızı ömrülük bağlaya bilər - TƏFƏRRÜAT+FOTOFAKT

OXUNUB: 1557 index-manşet İQTİSADİYYAT BANK
Iqtisadi.az xəbər verir ki, bu barədə tanınmış internet-media ekspert, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov məlumat verib: "Əziz dostlar, sizlərlə vacib bir məlumatı paylaşacam. Sona qədər oxuyun, gələcəkdə diqqətli olun.

Deməli, bu günlərdə Express Banka kredit üçün müraciət etdim. Son 2 ildə yalnız bu bankdan kredit götürdüyümə görə, yenidən müraciət etmək qərarına gəldim. Bankdan dedilər ki, qəribədir, ancaq sizin 918 GÜN KREDİT GECİKMƏNİZ var. Bəli, sözün əsl mənasında qəribədir. 27 manata görə 918 gün gecikmə. Axı mən son 2 ildə Express Bankdan başqa heç bir bankdan kredit almamışam. Nəisə, məsələ araşdırmaq üçün ASAN xidmətə getdim, Kredit Məlumat Bürosundan arxivi çıxartdırdım. Əldə etdiyim məlumatlar, sözün əsl mənasında nonsensdir.

Deməli, 2016-ci ildə mən "Bank of Baku"dan debet kart sifariş vermişəm. Yəni bu 'albalı' falan kimi kredit kart deyil. Sadəcə karta pul qoyub, alış-veriş etmək üçündür. 2017-ci ildə bu kart vasitəsi ilə, təxminən, 10 manat civarında nəsə almaq istəmişəm, almaq mümkün olmayıb. Bir müddət sonra isə, kartımda pul olmaya-olmaya bank o məhsulun pulunu kartımdan çıxıb, təxminən 10 manata qədər. 1 ay sonra kartın vaxtı bitib. 2017-ci ildən bu günə qədər, 2018, 2019-cu illərdə kredit götürmüşəm, müraciətlər etmişəm, heç vaxt sistemdə adıma gecikmə falan olmayıb. 10 gün qabaq müraciət edəndə isə belı bir mənzərə ilə qarşılaşdım: 27 azn borca görə 918 gün gecikmə!

Təbii ki, banka müraciət etdim. Normal bank sistemi olan cəmiyyətdə yaşasaydıq, bankın əməkdaşının verdiyi açıqlamaya, etiraflara görə azı 1 milyon təzminat almalı idim ))) Bank ənəkdaşı qeyd etdi ki, 2017-ci ildə sizin debet kartınız olub, filan qədər owerdraft yaranıb, 918 günlük faiz də üstünə gəlib 27 manat kredit gecikməsi yaranıb. Yəni mən kredit müqaviləsi bağlamadığım halda, owerdraft kreditə çevrilib.

Bəs niyə 918 gün ərzində bir dəfə də olsun sistemdə adım çıxmayıb. Axı 2018, 2019-cu illərdə kredit götürmüşəm, ödəyib, bitirmişəm müraciətlər ermişəm. Niyə məhz 2020-ci ilin iyul ayında, 918 gün sonra adım sistemə salınır? Bu suala əməkdaş net cavab verdi: bankdaxili texniki səhv olub! Yeganə çıxış yolum nədir? sualına isə '20 manat ödəyin, arayış verək, bəlkə işiniz düzələr' cavabı gəldi. Sonuncu sualım isə mənzərəni tam çılpaqlığı ilə ortaya qoymuş oldu:
- 918 gün ərzində mənimlə niyə əlaqə saxlanmayıb?
- Bank əməkdaşı: 918 gün ərzində sizinlə 2 dəfə əlaqə saxlamaq cəhdi olunub, zəng çatmayıb. Təsəvvür edirsiniz, 918 gün ərzində 2 cəhd. Ünvan, poçt, mail, məhkəmə və s. ola-ola yalnız 2 cəhd ))) Xub!

Bəs bu özbaşınalıq, bu maxinasiya kimə və nəyə lazımdır?

1. Bank bu yolnan, insanların adını qara siyahıya saldırmaqla kredit alanların sayını minimuma endirir;
2. Bank vətəndaşı özündən asılı vəziyyətə salır, hər kredit müraciətində banka yaxınlaşmalı, 20 azn ödəməli, 3 gün ərzində bu arayışı almalısan.

Təbii ki, məsələ ilə bağlı Banklar Assosiasiyasına və maddi, mənəvi təzminat üçün isə məhkəməyə müraciət edəcəm..."



RƏYLƏR