"UniBank" vətəndaşın pulunu "oğurladı" - ŞİKAYƏT

OXUNUB: 1356 index-manşet İQTİSADİYYAT BANK

"UniBank"ın bankomatı müştərinin pulunu "yeyib".

7News.Az Dia.Az-a istinadla bildirir ki, bunu Bakı sakini Aqşin Abdulla "Facebook"dakı "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşıb.

Daha sonra narazı vətəndaş "UniBanK" nümayəndələrinə xitabən yazır:

"Asif Məhərrəmov küçəsindəki filialınızın bankomantında 100 dolları manata konvertasiya etmək istədim. Bankomatınız pulu aldı, "xidmət müvəqqəti işləmir" yazısını ekrana göstərib şəkildəki qəbzi verdi. Pulumu bankomatın qaytarmamasının məntiqi izahı nədir?! Budurmu xidmətiniz?! Sabah da yəqin ofisə dəvət edərsiniz ki gəlin araşdıraq".

RƏYLƏR