“Belə müxalifətçilik olmur!” – PARTİYA SƏDRİ

OXUNUB: 284 Özəl DÜNYA
 

"Milli Şura” adlanan anti-milli qurum yenə mitinq anonsu verib. Təbii ki, bekarçılıqdan. İş yox, güc yox, ağıl yox, ideya yox, istiqamət yox, strategiya yox. Ona görə gilinc qalıblar. Bilmirlər nə etsinlər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əli Kərimlinin tək arzusu aranı qarışdırmaq, ən həssas məqamda da düşmən dəyirmanına su tökmək və anti-milli fəaliyyəti ilə dövlətə, dövlətçiliyə zərbə vurmaqdır. Ona görə də xaricdəki qəyyumlarından sifariş gələn kimi mitinq təyin edir və həm də beləcə pulunu qazanır. Ayrı fəaliyyət yoxdur. Bu adam əsl qaraguruh ruhundadır, xislətindədir. Yaramazlığı da ən iyrənc formada edir.

İndi nə qədər həssas dönəmdir. Bölgədəki proseslər göz qabağındadır. Azərbaycana qarşı ədalətsiz mövqedə duran İran kimi, Fransa kimi nə qədər qüvvələr var. Radikal müxalifət sözünü bir dəfə də həmin İrana, Fransaya desin də. Bir dəfə milli birlik, siyasi birlik addımı atsın da. Bir dəfə də dövlət, dövlətçilik üçün faydalı olan bəyanat versin də. Belə məqamda mitinqmi təyin edərlər? Nə qədər rəzil, nə qədər anti-milli olmalısan ki, bir tərəfdən də aranı sən qatmağa çalışasan? Bu müxalifətçilik deyil axı. Belə müxalifətçilik olmur. Əli Kərimlinin və onun qaraguruhçu dəstəsinin sərgilədiyi fəaliyyətin adı yaramazlıqdır, rəzillikdir, namərdlikdir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR