Beynəlxalq Paralimpiya Komitəsi Rusiyanın üzvlüyünü dayandırdı

OXUNUB: 159 Özəl DÜNYA
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya Paralimpiya Komitəsinin təşkilatdakı üzvlüyünü dayandırıb.

7NEWS.az xəbər verir ki, IPC-nin "Twitter” hesabında edilən açıqlamada, qərarın bu gün Almaniyanın paytaxtı Berlində keçirilən IPC-nin Fövqəladə Baş Assambleyasında qəbul edildiyi bildirilib. İddia olunurdu ki, Rusiya Paralimpiya Komitəsinin IPC nizamnaməsinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Rusiya Paralimpiya Komitəsinin sədri Pavel Rojkov IPC-nin fövqəladə Baş Assambleyasında videokonfrans vasitəsilə iştirak edib.
Səsvermə zamanı IPC-nin 64 üzvü "bəli” səs versə də, 39 ölkənin milli komitələri buna qarşı çıxıb. 16 ölkə bitərəf qalıb.

7NEWS.az

RƏYLƏR