Beynimizdə zaman axını kodlayan hüceyrələr kəşf edildi

OXUNUB: 257 Özəl DÜNYA
Elm adamları, insan beyninin "zaman hüceyrələri" adlandırdıqları "hipokampus” bölgəsindəki bəzi neyronların keçmişdə yaşadığımız hadisələri tənzimlədiyini ortaya qoydular.

7NEWS.az xəbər verir ki, İnsan beyni hadisələrin ardıcıllığını necə izləyir? Tədqiqatlar göstərir ki, beynin "hipokampus” bölgəsindəki zaman haqqında məlumatı təmsil etdiyi düşünülən "zaman hüceyrələri” neyronlar, yaddaşlarımızı düzgün ardıcıllıqla birləşdirən bir növ "yapışqan” ola bilər ki, biz dəqiq xatırlaya bilək. Əvvəllər, siçovullarda belə bir ardıcıllığı izləyən zaman hüceyrələrinin mövcudluğuna dair sübutlar var idi, burada müəyyən neyron qruplarının hadisələrin xatırlanmasını və hərəkət ardıcıllığının planlaşdırılmasını dəstəklədiyi güman edilirdi, lakin uzun müddətdir ki, hadisənin necə baş verdiyi barədə daha az məlumat var idi.


RƏYLƏR