Bir mənzili bir neçə nəfərə satan şirkət direktoru məhkəmə zalında - HƏBS EDİLDİ

OXUNUB: 605 Özəl GÜNDƏM HADİSƏ
Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilən "Troya LTD” MMC-nin direktoru və "Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev məhkəmə zalında həbs edilib.

İttihama görə, E.Tağıyev 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili 190 min manata Ağamalıyev Xəqani Bayram oğluna satıb. 2018-ci ildə şirkətin direktoru dəyişib, E.Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib. Bu dəfə isə C.Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb. Hazırda ev R.Mustafazadənin istifadəsindədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Tağıyevə şərti cəza verilib. Prokurorluğun verdiyi apellyasiya protestinə hakim Faiq Qasımov baxıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib və Elşad tağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Eləcə də bax: Azərbaycanda daha bir şirkət rəhbərinin - MƏHKƏMƏSİ BAŞLAYIR

O, məhkəmə zalında qandallanıb.

Məlumata görə, E.Tağıyev məhkəmə prosesi dövründə "Teymuroğlu İnşaat”ın şəriki olub. /Qafqazinfo

RƏYLƏR