BMT və Rusiya Cenevrədə taxıl sazişini müzakirə edəcəklər

OXUNUB: 292 Özəl DÜNYA

BMT və Rusiya nümayəndə heyətlərinin noyabrın 11-də Cenevrədə taxıl dəhlizi sazişini yeniləmək üçün görüşəcəyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) taxıl dəhlizi sazişinin yenilənməsi üçün noyabrın 11-də İsveçrənin paytaxtı Cenevrədə Rusiya ilə görüşəcəyi bildirilib. BMT Baş katibinin sözçüsü Stefani Tremblay açıqlamasında bildirib ki, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan və BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Rusiya hakimiyyəti ilə müqavilənin uzadılması ilə bağlı görüşüblər. 

7NEWS.az

RƏYLƏR