Braziliyada Bolsonaro üsyanı: Etirazçılar yolları BAĞLADILAR

OXUNUB: 329 Özəl DÜNYA
Bazar günü Braziliyada keçirilən seçkilərin ikinci turunda uduzan prezident Jair Bolsonaronun tərəfdarları küçələrə axışıb. Braziliyada seçkidə uduzan Bolsonaronun tərəfdarları avtomobillərin hərəkəti üçün yolları bağlayıb

7NEWS.az xəbər verir ki, Braziliya prezidenti Jair Bolsonaro bazar günü keçirilən seçkilərdə uduzduqdan sonra tərəfdarları etiraz aksiyası keçirərək, ölkə daxilində 20 ştatda 300-dən çox yolu bağlayıblar. Əksəriyyəti yük maşınları olan nümayişçilər ölkə üzrə 26 əyalətdən 20-də küçələrə çıxaraq 300-dən çox nöqtədə yolları nəqliyyatın hərəkətinə bağladılar. 

Magistral yolların hərəkətə bağlanması səbəbindən yollarda uzun növbələr yaranıb. Bəzi yerlərdə yoldakı təkərləri yandıran etirazçılar, seçkilərdə qalib gələn solçu Luiz İnasio Lula da Silvanın prezident olmasına mane olmaq üçün "hərbi müdaxilə” çağırışı edib. Magistral yol polisinin məlumatına görə, ən çox blokada Bolsonaronun güclü dəstəyə malik olduğu Santa Catarina və Mato Grosso do Sulda aparılıb.

7NEWS.az

RƏYLƏR