Braziliyada torpaq sürüşməsində 2 NƏFƏR ÖLÜB

OXUNUB: 234 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Braziliyanın cənubundakı Parana əyalətinin Quaratuba şəhərində güclü yağışlar fəlakətə səbəb olub. BR-376 avtomobil yolunun 200 metrlik hissəsində torpaq sürüşməsi baş verib. Təbii fəlakətdə ən azı 2 nəfərin həyatını itirdiyi, 15-ə yaxın avtomobilin isə yerin altında qaldığı açıqlanıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, 30-50 nəfər itkin düşə bilər. Bildirilib ki, rayonda polis, yanğınsöndürmə, mülki müdafiə qrupları və xilasedici itlərlə başlanan iş davam edir. Güclü yağışlar sahilyanı yaşayış məntəqələrində də sel və daşqınlara səbəb olub. Rəsmi açıqlamaya görə, 500-dən çox evə ziyan dəyib.

7NEWS.az

RƏYLƏR