Bu futbol klubu FİFA-dan 50 milyon avro tələb edib

OXUNUB: 238 Özəl DÜNYA
Ukraynanın "Shakhtar Donetsk" futbol komandası müvəqqəti transfer qaydalarına görə itkiyə məruz qaldığını əsas gətirərək Beynəlxalq Futbol Assosiasiyasından (FİFA) 50 milyon avro tələb edib.

7NEWS.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən əcnəbi futbolçu və məşqçilərə Ukraynadakı komandalarla müqavilələrini ləğv etmək və digər komandalarla müqavilə bağlamaq imkanı verildi. Bu qərara görə maliyyə itkisinə məruz qaldığı və yeni transferlər edə bilməyəcəyi barədə fikirlərini bildirən Ukrayna komandasının FİFA Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR