Burkina Fasoda hərbi konvoya hücum edilib: 13 əsgər həlak OLUB

OXUNUB: 281 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, silahlı qrup Qurma əyalətinin Natiaboani şəhərində hərbi karvana hücum edib. Hücum nəticəsində ən azı 13 əsgər həlak olub. Burkina Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək sentyabrın 30-da hakimiyyəti ələ keçirib. Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir. Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.

7NEWS.az

RƏYLƏR