“City Garden Narimanov”da təmir işləri davam edir

OXUNUB: 841 GÜNDƏM Özəl SOSİAL
 "Kristal Abşeron” xəbər verir ki, şirkətin premium layihəsi "City Garden Narimanov”da işlərin böyük hissəsi yekunlaşmaq üzrədir. Şirkət nümayəndəsinin məlumatına əsasən deyə bilər ki, artıq yaşayış kompleksinin birinci hissəsində tikinti işləri 80% -i tamamlanıb. Demək olar ki, birinci hissədəki bütün binaların sonuncu mərtəbəsi və dam örtüyü inşa olunur. Paralel olaraq isə pəncərələr quraşdırılır, həm də fasad işləri görülür. Fasad istilik izolyasiyası tədbirləri də 40%-dək yekunlaşıb.
 
Daxili təmirə gəldikdə isə binaların elektrik və santexnik işlərinin 35%-i, yəni 6-cı mərtəbəyədək artıq tamamlanıb. Onu qeyd edək ki, "City Garden Narimanov” layihəsindəki mənzillərin təmirində "GROHE” hamam aksesuarları, "Gewiss” elektrik açarları, "Prysmian” yanmayan kabelləri kimi bir çox Avropa brendlərindən istifadə edilir.
"City Garden Narimanov”da mənzildaxili arakəsmə divarlara və mənzillərarası qonşu divarlara yenilənmiş səs izolyasiya sistemi tətbiq olunur. Yaradılan izolyasiya sistemi səs dalğalarını udaraq yumşaldır və mənzillərdəki kənar səsləri yox dərəcəsinə endirir. İstifadə edilən izolyasiya materialı səs izolyasiyası imkanları ilə yanaşı istilik izolyasiyası xüsusiyyətlərinə də malikdir. Beləliklə, kənar hava kütlələri mənzilə daxil olmaur və mənzildaxili temperatur sabit qalır. Bu da enerji səmərəliliyini və istilik performansını artırır.
Ətraflı

Coğrafi olaraq Bakının mərkəzində yerləşən "City Garden Narimanov”  Heydər Əliyev prospektinin yaxınlığında, Nəriman Nərimanov metrostansiyasına qısa məsafədədir.
 

"City Garden Narimanov”da bütün mənzillər premium təmirli təhvil verilir. 10% ilkin ödəniş edərək, 20 ilədək ipoteka krediti ilə mənzil əldə edərək premium həyat tərzinə keçid edə bilərsiniz.

Ətraflı məlumat: *1544 və ya 050 293 10 10

www.youtube.com

www.kristalabsheron.az

 

RƏYLƏR