Deputat Anar Məmmədov ələ salındı: FOTOSUNA VƏ BİOQRAFİYASINA GÖRƏ

OXUNUB: 692 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış alim Zaur Əliyev paylaşım edib: "Milli Məclisin evi olmayan millət vəkilərindən 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilən Anar Məmmədovun haqqında məlumatları oxuyuram. İş yerləri barədə vikpediyada özü yazıb. Əsas diqqətimi çəkən məqam təhsillə bağlıdır.... 

Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsin bitirib, BDU-nun Hüquq fakültəsində təhsil alıb, Taras Şevçenko adına Kiyev Milli Universitetinin aspiranturasına daxil olub və bütün bunlardan sonra isə... Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.... 

Nəqliyyat-Hüquq-Memarlıq......Bu bir birindən fərqli ixtisasları necə birləşdirə bilib özündə təəccüblü qaldım))) 

Adam  ixtisasları corab kimi dəyişib 

PS: Bu fotosu xüsusi diqqətimi cəlb elədi. Onun telefonla danışdığı  şəxs isə evi yanmış bir Goranboy sakinidir, yəni belə demək mümkünsə, onun seçicisidir. Deputat həmin şəxsin yanmış evinin bərpasına köməklik etdiyini bildirir və bunu öz səhifəsində məhz bu formada paylaşır. Yəni fotonu belə montaj edib paylaşıb..."

RƏYLƏR