Dostunun süni nəfəs aparatını söndürən yaşlı qadın həbs edilib

OXUNUB: 223 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniyada səlahiyyətlilər, xəstəxanada müalicə olunan 72 yaşlı qadının səs-küydən narahat olan otaq yoldaşının süni nəfəs aparatını söndürdüyü iddiası ilə həbs edildiyini açıqlayıb. Associated Press-də yer alan xəbərə görə, Mannheim şəhərində baş verən hadisədən sonra 72 yaşlı qadın adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilərək həbsxanaya göndərilib. Polis və prokurorların verdiyi açıqlamada şübhəlinin səs-küydən narahat olduğu səbəbiylə eyni otaqda qalan 79 yaşlı xəstənin süni nəfəs aparatını söndürdüyünü, daha sonra isə işçilərin xəbərdarlığına baxmayaraq xəstə üçün həyati əhəmiyyət kəsb edirdi, gecə yenidən söndürərək xəstənin həyatını təhlükəyə atırdı. Səlahiyyətlilər bildirdilər ki, yaşlı xəstənin həyatı üçün təhlükə olmasa da, süni nəfəs aparatının bağlanması səbəbindən onun hələ də reanimasiyaya ehtiyacı var.

7NEWS.az

RƏYLƏR