Dubayda 35 mərtəbəli binada yanğın baş verib

OXUNUB: 320 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən hündür göydələni olan "Bürc Xəlifə”nin yaxınlığındakı 35 mərtəbəli binada yanğın baş verib. Yerli vaxtla saat 02:20 radələrində baş verən yanğında alov sürətlə binanı mühasirəyə alaraq səmanı işıqlandırıb. Hadisə yerinə sövq edilən çox sayda yanğınsöndürən alova müdaxilə edib. Bir saata yaxın davam edən iş nəticəsində söndürülən yanğında insan itkisinin olmadığı açıqlanıb. Sakinlər yaxınlıqdakı Rove otelinə təxliyə edilib. Yanğının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.

7NEWS.az

RƏYLƏR