Dünən qəzaya düşən dünya çempionumuz vəfat etdi (FOTO)

OXUNUB: 2432 HADİSƏ İDMAN
Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib.

İcmal.Az musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında "Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.
 

RƏYLƏR