Deputat “Stadion qalmaqalı”na görə məhkəməyə çağırıla bilər

OXUNUB: 2644 HADİSƏ İDMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyevin də adının hallandığı "stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı hələ müəyyən edilməyib. 

İşlə bağlı sonuncu proses iyunun 21-də baş tutub. 

Zərərçəkənlər və təqsirləndirilən şəxslər Səttar Möhbalıyevin dindirilməsini istəyib. Bununla bağlı vəsatətə də qaldırılıb. 

Əldə etdiyimiz məlumata görə, növbəti prosesdə bu məsələyə baxıla bilər. Ehtimal olunur ki, zərərçəkənlərin və təqsirləndirilən şəxslərin israrları nəzərə alınacaq. 

Məlumat üçün deyək ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İş üzrə iki təqsirləndirilən şəxs var. Onlardan biri Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev, digəri isə "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovdur. 

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir. /Qaynarinfo

RƏYLƏR