Əfqanıstanda partlayışda 7 NƏFƏR ÖLÜB

OXUNUB: 178 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinin 3-cü rayonunda şiddətli partlayış baş verib. Polis sözçüsü Məhəmməd Asif Vəziri verdiyi açıqlamada, "Bu gün yerli vaxtla saat 07:00-da Bəlxdə partlayış olub. Hayratan şəhərinə gedən avtobusda neftçilər olub" deyib. Partlayışın yol kənarındakı mina nəticəsində baş verdiyini bildirən Vəziri, ilkin araşdırmalara görə 7 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını bildirib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

7NEWS.az

RƏYLƏR