Eks deputat ağacları kəsdirdi, İDEA nəzarətə götürdü (FOTOLAR)

OXUNUB: 334 Özəl GÜNDƏM HADİSƏ
Bakının Nərimanov rayonu ərazisində eks deputat və "Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev tərəfindən kəsilən ağaclarla bağlı məsələ İDEA ictimai birliyinin də nəzarətindədir.
 
Bu baradə Qaynarinfo-ya açıqlamasında ağacların kəsilməsi ilə bağlı şikayət edən Abutalıb Ağayev bildirib.
 
Müsahibimizin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətəfindən peyk görüntüləri vasitəsi ilə 21 ağacın kəsildiyi aşkar edilsə də, əslində, kəsilən ağac sayı 37 olub.
 
"Nazirlik nümayəndələrinin sözügedən ərazidə normal araşdırma aparmasına Nəriman Əliyevin tapşırığı ilə işçiləri tərəfindən şərait yaradılmaması, tam əksinə işə mane olmalarına görə ağacların kötükləri qazılaraq müəyyən edilə bilməyib. Belə olduğu halda nazirlik əməkdaşları peyk görüntülərindən istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə kəsilən ağac sayının tam dəqiqləşməsi mümkün olmayıb”.

Şikayətçi bildirib ki, 37 ağacın kəsilməsi ilə bağlı bir sıra orqanlara yazılı şikayət ünvanlanıb, bunlardan biri də 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış, son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində danılmaz rolu olan IDEA (International Dialogue for Environmental Action - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyidir. 

"İctimai Təşkilat şikayətimə məktubla cavab verərək bildirib ki, bu fakt onlar tərəfdən nəzarətə götürülüb və bununla bağlı aidiyyatlı orqanlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılıb. Xidmət bu faktın artıq aktlaşdırıldığını və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyini təşkilatın nəzərinə çatdırıb”, - deyə Abutalıb Ağayev bildirib. 

Şikayətçi son olaraq deyib ki, İDEA ictimai birliynin əməkdaşı Lalə Qaradağlı tərəfindən ona göndərilən məktubda təbiətimizin qorunması səylərinə görə təşkilat adından ona minnətdarlıq bildirilib./Qaynarinfo
 
7News.Az
 

 
 
 

RƏYLƏR