Elektron hökumətin inkişafına görə Ermənistan bizdən qabaqdadır, dünyada axırıncı yerdəyik: BMT AÇIQLADI

OXUNUB: 552 Özəl GÜNDƏM Texnologiya
7NEWS.az xəbər verir ki, bu barədə BMT  "Elektron hökumətin İnkişafı İndeksi 2022" üzrə Reytinq cəvdəlində qeyd olunur.

Bir neçə gün öncə BMT  "Elektron hökumətin İnkişafı İndeksi 2022" üzrə Reytinq cədvəlini açıqlayıb.

Reytinq 193 ölkə üzrə yalnız klassik elektron hökumətin vəziyyətini deyil, həmçinin elektron iştirakçılığın, rəqəmsal infrastrukturun, internetin, ümumiyyətlə bütöv rəqəmsal mühitin vəziyyətini əks etdirir.

Reytinq iki ildən bir dərc olunur.

Bu il Reytinqdə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin sıralanması aşağıdakı kimi olub :

1. Estoniya (8-ci yer)
2. Litva (24-cü yer)
3. Qazaxıstan  (28-ci yer)
4. Latviya (29-cu yer)
5. Rusiya (42-ci yer)
6. Ukrayna (47-ci yer)
7. Belarus (58-ci yer)
8. Gürcüstan (60-cı yer)
9. Ermənistan (64-cü yer)
10. Özbəkistan (69-cu yer)
11. Moldova (72-ci yer)
12. Qırğızıstan (81-ci yer)
13. Azərbaycan (83-cü yer)
14. Tacikistan (129-cu yer)
15. Türkmənistan (137-ci yer)

RƏYLƏR