Əli Həsənovun nəvəsinin avtomobil kolleksiyasında daha nələr var? - FOTO/ÖZƏL

OXUNUB: 1888 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl
Xəbər verdiyimiz kimi, avqustun 3-ü axşam saatlarında Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. Mətbuatda qəza zamanı yanan maşının Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyə məxsus olması barədə məlumatlar yayıldı. Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili Allahverdiyevin sürücüsü idarə edib . "Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev qəza zamanı hadisə yerində dünyasını dəyişib. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia ediblər. "Qaçqınkom" sədrinin nəvəsinə məxsus olan "Gelandewagen” markalı avtomobil əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Bundan başqa, hadisə şahidlərinin dediklərinə görə, qəzanın baş verməsinə səbəb Baş nazirin müavininin nəvəsi Allahverdiyevə məxsus olan "Gelandewagen” başqa bir maşınla ötüşməsi olub. Sözügedən maşının 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobili ilə yarışdığı bildirilib.

Baş vermiş dəhşətli qəzadan iki gün keçsə də, müzakirələr hələ davam edir. Hətta sözügedən dəhşətli qəzada adı hallanan nəvənin bahalı həyat yaşaması ilə bağlı bir-birindən fərqli yeni versiyalar üzə çıxır. Yayılan versiyalardan biri də, "Qaçıqınkom" sədri Əli Həsənovun nəvəsi Allahverdiyevin "Mercedes Gelandewagen” markalı avtomobildən başqa digər qiymətli avtomobillərinin olması və həmin avtomobillərin sosial şəbəkələrdə fotolarını paylaşması haqda məlumatlar yayılıb. Deyilənə görə, nəvə bahalı avtomobil həvəskarı olub və hətta bahalı avtomobillərin kolleksiyasını yığırmış. Fotolarda göründüyü kimi nəvənin ən ucuz maşını "NİVA", ən bahalı maşını isə Aston Martinidir. Maraqlıdır, görəsən, fotolarda əksini tapan avtomobillərdən başqa Allahverdiyevin kolleksiyasına daha hansı bahalı avtomobillər daxildir? Bundan başqa, nəvə bahalı maşınlarla yanaşı, hətta 10-PP-203, 10-YY-203, 10-MM-203, 10-OO-203, 90-HH-203, 10-VV-203 və 10-OO-014 bahalı dövlət nömrə nişanlarının da kolleksiyasını toplayırmış.

Sfera.az nəvənin yığdığı bahalı avtomobil kolleksiyasının fotolarını təqdim edir:
 















Sfera.az

RƏYLƏR