Elon Musk son 1 ildə 200 milyard dollar itirdi

OXUNUB: 220 Özəl DÜNYA
Uzun müddətdir ki, dünyanın ən varlı adamı ünvanına sahib olan İlon Mask son bir ildə 200 milyard dollar azalıb. Dünyanın ən böyük şəxsi sərvət itkisini yaşayan Mask Ginnesin Rekordlar Kitabına düşüb

7NEWS.az xəbər verir ki, uzun müddətdir açıqlamaları və hərəkətləri ilə gündəmdən düşməyən Tesla və Twitter rəhbəri İlon Mask indi itirdiyi pulla gündəm olub. Bloomberg-in hesablamalarına görə, Maskın sərvəti 2021-ci ilin noyabrından bu yana 200 milyard dollar azalıb. Guinnessin verdiyi açıqlamada 51 yaşlı amerikalı sahibkarın sərvətindəki itkini müəyyənləşdirməkdə çətinlik çəkdiyi vurğulanarkən, bunun əvvəlki rekord itki olan 58,6 milyard dolları açıq-aşkar üstələdiyi vurğulanıb. 

7NEWS.az

RƏYLƏR