Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının səfiri olan Viktoriya Petrovna Lopirova getdiyi matçlarda gözəlliyi və cazibədarlığı ilə hər kəsin diqqətini çəkməkdədir.
Dünya Çempionatının ən cazibədar səfiri Viktoriya Lopirova ilə tanış edirik
Viktoriya 1983-cü ilin 26 iyulunda Rusiyada anadan olub. Televiziya aparıcısı, aktrisa, model və bloger kimi fəaliyyət göstərib. O, "Miss Rusiya 2003" yarışmasının birincisi olub. Bir müddət həmin yarışmanın direktoru kimi çalışıb. FİFA Viktoriyanı 2018 Dünya Çempionatının Rusiyadakı səfiri təyin edib.
Lopirova bir model kimi "Cosmopolitan”, "Gala”, "L'Officiel”, "Beauty Unlimited”, "Future Television” jurnallarında işləyib.
2008-ci ildə Rusiyada yayımlanan "Survivor” yarışmasında iştirak edən gözəl bu yarışma ilə şöhrətinə şöhrət qatıb.
O, hazırda çempionatın məqsədləri, idma ideyaları və sağlam həyat tərzinin təbliği ilə bağlı müxtəlif tədbirlərdə iştirak edir. Bu tədbirlər çərçivəsində getdiyi matçlarda tribunaların zövqünü fəth edən cazibədar model çempionatın ən çox müzakirə edilən simalarından biridir./publika
İcmal.Az