Ermənistanda hərbi hissəni tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

OXUNUB: 1239 ERMƏNİSTAN

Ermənistanda kiçik çavuş, müddətli xidmət edən əsgər Vardan Artavazdoviç Melkonyanın meyiti asılmış vəziyyətdə tapılıb.

 Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış meyiti tapılıb. Təhqiqat aparılır”, - deyə məlumatda qeyd olunur./report

 

İcmal.Az

RƏYLƏR