Əsgər QITLIĞI yarandı: Tələbələr də hərbi xidmətə aparılacaq - ERMƏNİSTANDA XAOS

OXUNUB: 1311 ERMƏNİSTAN
Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib.
 
Qanun layihəsinə əsasən ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Bu haqda erməni KİV-ləri yazır.

İndiki qanunvericiliyə əsasən dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaqlar ki, onlar paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın.

Başqa sözlə bu, tələbələr üçün Qarabağda xidməti bəribaşdan seçmək deməkdir. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir.

Qanun layihəsi nəzərdə tutur ki, hərbi xidmətdən möhlət hüququ qazanmaq istəyən tələbələr ali təhsillə paralel olaraq şənbə və bazar günləri iki il ərzində ali hərbi instituta hazırlıq kursuna getməlidir. Bu kursu bitirənlərə leytenant rütbəsi veriləcək və onlar 540 dollardan başlayan maaşla təmas xəttində xidmətə göndəriləcəklər.

Əsgər QITLIĞI yarandı: Tələbələr də hərbi xidmətə aparılacaq - ERMƏNİSTANDA XAOS

Xatırladaq ki, Ermənistan ordusu yeni döyüş əməliyyatlarının başlaması riskinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır, lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları isə Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar./big
 
İcmal.Az

RƏYLƏR